MATERİALİZM RUHUN MƏNBƏYİNİ ƏSLA AÇIQLAYA BİLMƏZ

Allah`ın varlığını və canlıların yaradılışını inkar edən materialist fəlsəfə insanın ruhuna aid xüsusiyyətlərin mənbəyini əsla açıqlaya bilməz. Çünki materialist fəlsəfədə sadəcə maddənin varlığına inanılır.

Materialistlər maddədən başqa bütün varlıqları qəbul etmədikləri üçün ruhun varlığını qəbul etməməkdə israr edirlər. Bu səbəbdən insan şüurunu beyni əmələ gətirən maddələrlə əlaqələndirməyə çalışırlar. Bu mövzuda istifadə etdikləri əsas fərziyyə "təşkil olmuş maddə" anlayışıdır. Yəni guya insana şüur qazandıran faktor beynin içindəki neyronların arasında yaranan çox möhkəm əlaqələrin olmasıdır. Bu neyronlar arasındakı kimyəvi və elektrikli hərəkətliliyin “mən” dediyimiz şüuru yaratdığını iddia edirlər. Materialist alimlərdən biri olan Frensis Krik (Francis Crick) bu məntiqdən kənar iddianı belə izah etmişdir:

Sevincləriniz, kədərləriniz, xatirələriniz və istəkləriniz, şəxsiyyətiniz ilə əlaqəli hissləriniz və iradəniz əslində çoxlu sayda sinir hüceyrəsinin və onlarla əlaqəli molekulların bir arada gerçəkləşdirdiyi hərəkətlərdən başqa bir şey deyil.

Allah`ın varlığını inkar edən materialist düşüncəyə ən böyük zərbə vuran, düşünməkdən və danışmaqdan ən çox çəkindikləri mövzu ruhun varlığıdır. Çünki ruh Allah`ın varlığının və insanın yaradılışının açıq dəlillərindən biridir.

Halbuki, bu nə elmi, nə də məntiqi cəhətdən müdafiə oluna bilən bir iddiadır. Materialistlərin hər şeyin maddədən ibarət olduğunu söyləmələri onları insan ruhuna aid xüsusiyyətlərə belə bir izah vermələrinə məcbur edir. Maddədən başqa bir varlığın mövcud olduğu həqiqətini qəbul etməmək üçün insan zehnini maddə ilə əsaslandırmağa çalışır və bu məqsədlə ağıl və məntiqdən kənar olan iddialara əl atırlar.

Məşhur yazıçı Con Horqan (John Horgan) Frensis Krikin “əsaslandırma” adlandırdığı bu iddiasının yanlış olduğunu və yaranan qarışıqlığı belə etiraf edir:

Bir tərəfdən Krik haqlıdır. Biz neyron paketindən başqa bir şey deyilik. Eyni zamanda, çox qəribədir ki, nevrologiyanın kifayət etmədiyi məlum oldu. Ağılı neyronlarla açıqlamaq kvark və elektronlarla açıqlamaqdan daha çox fayda gətirmədi. Bir çox alternativ əsaslandırmalar var. “Biz xüsusi gen paketindən başqa bir şey deyilik”. “Biz təbii seleksiya ilə formalaşan adaptasiyalardan başqa bir şey deyilik”. “Biz fərqli mövzular üçün ayrılmış kompyuter mexanikalarından başqa bir şey deyilik”. Krikin iddiasına bənzəyən bu fikirlərin hamısı müdafiə oluna bilər, ancaq heç biri kifayət deyil. (John Horgan, The Undiscovered Mind: How the Human Brain Defies Replication, Medication, and Explanation , s.258-259)

Bu izahların, əlbəttə ki, hamısı məntiqsizdir. Ən qatı materialistlər belə əslində bu həqiqəti aydın görürlər. Darvinin ən yaxın tərəfdarı olaraq tanınan materialist Tomas Haksli (Thomas Huxley) də “Şüur kimi möhtəşəm bir şey necə olur ki, sinir toxumalarının bir-biri ilə qarşılıqlı təsirindən meydana gəlir? Bu Ələddinin lapmasını ovuşduranda içindən Cinin çıxması qədər izah olunmazdır.” deyərək şüurun neyronlar arası əlaqələrlə izah olunmayacağını ifadə etmişdir. (John Horgan, The Undiscovered Mind: How the Human Brain Defies Replication, Medication, and Explanation, s.229)


Hakslidən indiki dövrə kimi insan şüurunun neyronlarla izah olunmasının qeyri-mümkün olduğu fikri dəyişməmişdir. Ancaq bunun səbəbi elmin bu mövzudakı təcrübələrinin azlığı deyil. Əksinə, nevrologiya sahəsində XX əsrin son mərhələsində nailiyyətlər olmuş, çox sayda qaranlıq məqam aydınlığa qovuşmuşdur. Lakin bunlar insan şüurunun əsla maddə ilə əsaslandırılmayacağını, maddədən fərqli bir həqiqətin axtarılmalı olduğunu ortaya qoyan təcrübələrdir. Belə ki, Almaniyanın qabaqcıl Darvinist-materialist yazıçılarından biri olan Hoimar Von Ditfurth qəbul etdikləri üsul ilə şüurun izah oluna bilməyəcəyini belə etiraf edir:


Təbiət tarixi və genetik inkişaf yolu ilə əlaqədar şüurun, ruhun, zəkanın və hisslərin nə olduqları barədə bir cavab verə bilməyəcəyimiz gün kimi aşkardır. Çünki elmi-psixoloji ölçü ən azından bu dünyada, indiki dövrdə təkamülün gələ bildiyi ən üstün ölçüdür. Bu səbəbdən də təkamülün o biri mərhələ və pillələrinə yenə şüurumuz vasitəsi ilə kənardan, onlara yüksələrək yuxarıdan baxa bildiyimiz halda, şüurun özünə belə yaxınlaşmaq imkanından məhrumuq. Çünki əlimizdə şüurun özündən daha inkişaf etmiş bir məvhum yoxdur. (Hoimar Von Ditfurth, Dinozorların Sessiz Gecesi 3, s.13)

Halbuki, xüsusilə, 20-ci əsrin sonlarında qazanılan bəzi nailiyyətlər insan şüurunun maddə ilə heç bir əlaqəsinin olmadığını, maddədən fərqli bir həqiqətin mövcud olduğunu ortaya qoymuşdur. Amerikalı fəlsəfə və riyaziyyat doktoru William A. Dembski Converting Matter into Mind (Maddəni zehnə çevirmək) adlı məqaləsində insan beynindəki neyronların biokimyəvi fəaliyyətinin öyrənildiyini və bunun hansı zehni fəaliyyətlərlə əlaqəli olduğunun təsbit edildiyini bildirmişdir. Lakin buna baxmayaraq, qərar vermək, istəmək, fikir bildirmək kimi xüsusiyyətlərin “maddə ilə əlaqəli olmadığı” və şüuru araşdıran mütəxəssislərin bu əsaslandırmalarının yanlış olduğu açıqlanmışdır:

“...Şüuru araşdıran alimlər artıq şüuru nevroloji səviyyədə başa düşmək ümidindən əl çəkiblər. Materializmə olan bağlılıq davam etsə də, insan ağlını neyron səviyyəsində açıqlamaq ümidi artıq ciddi bir fikir deyil…” (William A. Dembski, Converting Matter into Mind, 1998,www.arn.org)

Materialistlərin ruhun varlığını inkar etmək üçün nəyə əsaslanırlar?

Materialistlərin ruhun varlığını inkar etmək üçün təkamül nəzəriyyəsinə əsaslanırlar. Darvinizmin azğın iddialarına görə insan bir heyvan növüdür. Bu ağıldan və elmdən kənar iddiaya inananlar da insanın bütün xüsusiyyətlərinin “heyvan əcdadlar”ından miras qaldığını söyləyirlər. Bu isə bir insanın özünə və digər insanlara baxışında çox təhlükəli təsir yaradır. Bir insan heyvan növü olaraq gördüyü digər insanlara dəyər verməz, onların düşüncələrinə əhəmiyyət verməz, həyatlarını dəyərsiz görər. Bu böyük müharibələrə, mərhəmətsizcəsinə törədilən cinayətlərə, kütləvi qırğınlara, vəfasızlıq, sevgisizlik və düşüncəsizliyə gətirib çıxarır. Darvinizmin meydana gətirdiyi qorxunc dünya görüşü budur.

Halbuki, insan Allah`ın ruhuna sahibdir. Bu ruh ilə ağıla, vicdana, düzgün fikirə, doğrunu yanlışdan ayırma qabiliyyətinə sahib olur, bu ruh ilə düşünə, qərar və hökm verə, yaşadıqlarından dərs çıxara bilir. İnsanın ruhu Allah`ın dünyada yaratdığı imtahana tabedir. Bu xüsusiyyətlərin heç biri digər canlılarda mövcud deyil və mövcud ola da bilməz. Çünki bunlar insanın fiziki quruluşu ilə, genləri ilə əlaqəli xüsusiyyətlər deyil. Bütün bunlar insanın ruhuna aid xüsusiyyətlərdir. Beləliklə, Darvinizmin iddiası etibarsızdır, aldadıcıdır. “Mütləq maddə” anlayışına inanan Darvinizmin ruhun mövcudluğu həqiqətinin qarşısında heç bir izahı yoxdur. İnkar edilə bilməyən bir həqiqət olan “insana aid mənliyi” görür, lakin bunun maddi qarşılığını axtarır və tapa bilmirlər. Şübhəsiz ki, bunun tapılması mümkün deyil Çünki ruh bütün maddi anlayışlardan uzaqdır.

Elə isə, ağıl sahibi olan insan bu həqiqəti dərk etməli və buna görə şərəfli, iradəli və vicdanına uyğun şəkildə yaşamalıdır.

Materialistlərə verilən suallar

İnsanlarının düşüncələrinin, mühakimə və fikir bildirmə qabiliyyətlərinin, qərar alma mexanizmlərinin, sevinc, həyəcan, kədər kimi hisslərinin beyinlərindəki neyronlar arasındakı əlaqə olduğunu söyləmək olduqca məntiqsiz bir iddiadır. Mövzunu bir az daha ətraflı düşünən materialistlər də bunu görürlər. Məşhur materialist Karl Leşli (Karl Lashley) uzun illər insan şüurunu maddə ilə əsaslandırmasına baxmayaraq, karyerasının son dövrlərində bu fikri bildirmişdir:

Zehin-bədən qarşılıqlı münasibəti istər gerçək bir metafizik mövzu, istər sistematik bir aldanış olaraq dəyərləndirilsin bu mövzu psixoloqlar və insan problemləri ilə maraqlanan nevroloqlar üçün bir problem olmağa davam edir... Necə olur ki, beyin fiziki-kimyəvi sistem olaraq bir şeyi dərk edə bilir və ya bilə bilir, ya da bunu etdiyini düşünür?

Lashley yaranan ziddiyyəti tək bir sual ilə ifadə etmişdir. Halbuki, bu mövzuda materialistlərin özlərinə sual verməli və üzərində düşünməli daha çox məqam var. Aşağıdakı izahlar materialist yanaşmanın çıxılmaz vəziyyətini sübut edən mövzulardan sadəcə bir neçəsidir:

Düşüncələrin, həyəcan və hisslərin neyronların bir məhsulu olduğunu söyləmək, bütün bunların əslində neyronları meydana gətirən şüursuz atomların, hətta atomların alt hissəcikləri olan kvarkların, elektronların məhsulu olduğunu iddia etmək ilə eynidir.

Şüursuz atomlar sevinməyi, kədəri, həyəcanı, musiqidən, söhbətdən zövq almağı, ləzzəti, dostluğu bilə bilməzlər.
Şüursuz atomlar barvinist və materialist olub, bir araya gəlib kitab yaza bilməzlər.



Şüursuz atomlar elektron mikroskop altında özlərini və ya özlərinin birləşib əmələ gətirdiyi sinir hüceyrələrini araşdırıb elmi nəticələr çıxarda bilməzlər.

Görəsən, “şüur beynimizdəki neyronlardadır” deməklə nəyi nəzərdə tuturlar? Neyronlar da digər hüceyrələr kimi hüceyrə qılafı, mitoxondri, DNT, ribosom kimi hissəciklərdən ibarətdir. Görəsən şüur materialistlərə görə bunların harasındadır? Şüurun neyronlar arasındakı kimyəvi reaksiyalar və elektrik siqnallarından meydana gəldiyini düşünürlərsə yanılırlar. Çünki bizə bildikləri bir “şüurlu kimyəvi reaksiya” və ya müəyyən bir voltda "düşünməyə" başlayan "elektrik cərəyanı" göstərə bilməzlər.

Materialistlər bu mövzu üzərində səmimi olaraq düşündükdə özlərinin də, digər bütün insanların da neyron yumağından və ya atom yığınından çox fərqli varlıqlar olduğunu qavrayacaqlar. Beyin mütəxəssisi Volf Singer (Wolf Singer) bir materialist olmasına baxmayaraq, qarşı-qarşıya qaldığı bu həqiqəti belə etiraf etmişdir:

“Kainatın bu ən kompleks maddəsində özünü “Mən” olaraq qavrayan bir “şey” var”. (Cumhuriyet Bilim Teknik Dergisi, 7 Temmuz 2001, sayı 746, s. 18; DerSpiegel, 1/2001, Nilgün Özbaşaran Dede)

Bu alimin ifadə etdiyi “şey” Allah`ın insana verdiyi ruhdur. İnsan sahib olduğu bu ruh ilə düşünməyi, sevinməyi, həyəcanlanmağı, fikir bildirməyi, əks fikirlərə qarşı çıxmağı bacaran hörmət, şərəf, sevgi, dostluq, vəfa, səmimiyyət, dürüstlük kimi anlayışları bilən bir varlıqdır. Neyronlar və onları meydana gətirən atomlar isə düşünə, qərar verə, fəlsəfi fikirlər söyləyə bilməz, sevgi, şəfqət hisslərini anlamazlar. Lakin materialistlər hər şeyin maddədən təşkil olunduğu fikrinin tərəfdarı olduqlarına görə bu həqiqəti qəbul etmirlər. (Ancaq maddəçi ön mühakimələrini elmin və ağlın tələbi zənn etdiklərinə görə bu açıq həqiqəti qəbul etmirlər) Halbuki, materializmi qorumaq uğrunda düşdükləri vəziyyət və qəbul etdikləri ağıldan kənar məntiqlər onlara daha böyük zərər verir. “Düşüncələrimiz neyronlarımızın, atomlarımızın məhsuludur” deyən bir insan xəyallarını gerçək zənn edən və ya ağlasığmaz nağıllar uydurub sonra bunlara özü inanan bir insandan heç fərqlənmir.

Gerçək olan isə budur: İnsan Allah`ın ona verdiyi ruhu daşıyan, bu ruh ilə düşünən, danışan, sevinən, qərarlar verən, mədəniyətlər quran, ölkələri idarə edən bir varlıqdır.