ALLAH`IN VARLIĞININ VƏ İNSANIN YARADILIŞININ SÜBUTU: RUH

İnsanın beynində hər gün, hər an bir möcüzə yaradılır. İnsanın beyninə yalnız elektrik siqnalı çatmasına, beyinin içi tamamilə qaranlıq olmasına və yalnızca bir neçə kvadrat santimetrlik ölçüdə olmasına baxmayaraq, bütün dağlar, dənizlər, çəmənliklər, göy üzü, ucsuz-bucaqsız mənzərələr, evlər, televizorlar, insanlar, ağaclar, qısası bizə görünən hər şey onun içindədir. Orada olan hər şey rənglidir. Amma beyinin içində rəng yoxdur. Oradakı hər şey aydın və işıqlıdır. Lakin beyinin daxilində, hətta xaricində belə işıq yoxdur. Oradakı hər şey səslidir, amma beyinin içi səssizdir. Oradakı hər şeyin bir dərinliyi var. Ulduzlar bizdən uzaq göründüyü halda əlimizdə tutduğumuz qələm yaxın görünür. Amma əslində hər biri beynimizdə eyni müstəvi üzərində, eyni səthdədir. Günəş bizdən kilometrlərlə uzaq görünür, amma əslində yanımızda, beynimizin içindədir. Günəşin bizim beynimizdəmövcud olmasına səbəb olan yalnız elektrik siqnallarıdır. Minlərlə kilometrə bərabər diametrdə olduğunu bildiyimiz nəhəng göy cismi bir neçə kvadrat santimetrin içində yaradılır. Diqqət edilməlidir ki, bu, əlimizlə tuta bilmədiyimiz, varlığından xəbərimiz belə olmadığı elektrik siqnalları vasitəsi ilə reallaşır.

Hal-hazırda elmi araşdırmalar göstərir ki, xaricdəmövcud olan maddi dünya ilə təmasda olmağımız qeyri-mümkündür. Beynimizdə təmasda olduğumuz bütün obyektlər xaricdəmövcud olanların özləri deyil, onların bir təsviri olaraq görmə, eşitmə, toxunma hisslərinin toplusundan ibarətdir. Elektrik siqnallarını qəbul edən mərkəzlərdəki məlumatları analiz edən beynimiz həyatımız boyu maddənin bizim xaricimizdəki əsli ilə deyil, onların kopiyaları ilə əlaqədə olur. Biz isə bu kopiyaları xaricimizdəki əsl maddə zənn edərək yanılırıq. Əlinizdəki jurnal, içində olduğunuz otaq, qarşınızdakı bütün görüntülər əsində beynimizin içində seyr edilir. Bəs bu görüntüləri beynimizin içində görən kimdir? Beynimizin içində bir gözə ehtiyac olmadan bu jurnalın görüntüsünü görən, gördüklərini anlayan, oxuduqlarından təsirlənən, bunlar üzərində düşünən kimdir? Beyinə çatan elektrik siqnallarını bir qulağa ehtiyac olmadan bir dostunun səsi və ya ən sevdiyi mahnı olaraq dinləyən, dinlədiklərindən zövq alan kimdir? Bu qəbul etdiyi elektrik siqnalları vasitəsi ilə düşünən, sevinən, kədərlənən, həyəcanlanan varlıq zülal və yağlardan ibarət olan beyin ola bilərmi? Bu suallar üzərində şüurlu olaraq düşünən insan görən, eşidən, hiss edən varlığın maddi varlıq olmadığını dərhal anlayacaq. Bu varlıq ruhdur.

Qapqaranlıq beynimizin içində elektrik siqnallarından işıqlı, rəngarəng, aydın, kölgəli görüntüləri yaradan, çox kiçik bir yerdə böyük bir dünyanı meydana gətirən beyin ola bilərmi? Beyin zülallardan və yağlardan ibarət qıvrımlı bir ət parçasıdır. Belə bir ət parçası ən yüksək texnologiya ilə istehsal edilmiş televizorlardan daha təmiz, rəngləri olduqca canlı olan, qüsursuz bir görüntü yarada bilərmi? Bir ət parçası öz üzərində bu keyfiyyətdə bir görüntü meydana gətirə bilərmi? Yaxud da bu ət parçası ən inkişaf etmiş musiqi alətlərindən daha keyfiyyətli, daha təmiz, stereo bir səs meydana gətirə bilərmi? Təxminən 1,5 kiloqram ağırlığında bir ət parçasının öz-özünə bu qədər qüsursuz hissləri yarada bilməsi, əlbəttə ki, mümkün deyil. Bəs ruhumuza bu görüntüləri göstərən, ona maddənin əsli ilə eyni keyfiyyətdə olan görüntü və hisslərlə birlikdə həyat yaşadan, üstəlik bu görüntüləri fasiləsiz olaraq davam etdirən, ruhumuzun zövq alması üçün dadları və qoxuları yaradan bütün aləmlərin Rəbbi, hər şeyin yaradıcısı olan uca Allah`dır.

Tək mütləq varlığın maddə olduğunu iddia edən, qavrayışların da yalnız beyindəki kimyəvi proseslerin nəticəsi olduğunu zənn edən materialist düşüncə bu mövzuda çıxılmaz vəziyyətdə qalır. Bunu görmək üçün hər hansı bir materialistəbu sualları verəbilərsiz: Görüntü beynimizdə yaranır, lakin bu görüntünü beynimizdə kim seyr edir? İndi yanınızda olmayan alt mərtəbədə qalan qonşunuzu gözünüzün önünə gətirin. Onun bütün xüsusiyyətlərini dəqiqliklə görürsünüz. Paltarları, üzündəki cizgiləri, ağaran saçları, səs tonu, danışıq üslubu, yerişi ilə xəyallarınızda çox aydın şəkildə canlandırdığınız bu insanı kim izləyir?

Belə sualları materialistlərə verəndə heç bir cavab ala bilməyəcəksiniz. Çünki bu sualların tək cavabı Allah`ın insana verdiyi ruhdur.

Ruhun əsl mənbəyi nədir?

Bu sualın cavabını bizə verən qaynaq Qurandır. Allah Quranda insanın əvvəl bədənini yaratdığını, sonra da ona ruhundan üfürdüyünü belə bildirmişdir:

"Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən insan yaradacağam! Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” (“Hicr” surəsi, 28-29)

"Sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz!" (“Səcdə” surəsi, 9)

Yuxarıdakı ayədən aydın olur ki, ruhun təməlində Allah`ın Öz ruhu vardır. Allah`ın verdiyi ruh vasitəsi ilə insan öz varlığının şüurunda olan və “mən, mənəm” deyə bilən bir varlıq ola bilmişdir. İnsan bu ruh ilə düşünən, danışan, sevinən, qərar verə bilən, ünsiyyət quran, ölkələri idarə etməyi bacaran bir varlıqdır. Ağıl və vicdansahibi hər insan həyatı boyu yaşadığı hər hadisəni beyininin içindəki ekrandan izləyənin ruhu olduğunu dərhal anlayacaq.

Görüntüləri ruhumuza izlətdirən kimdir?

Bizim “xarici dünya” olaraq izlədimiz görüntülər yalnız Allah`ın bizim üçün xüsusi yaratdığı görüntülərdir. Biz xarici dünyanın əsli ilə heç vaxt əlaqədə ola bilmərik. Gördüyü görüntüdən həyəcanlanan, sevinən, kədərlənən, narahat olan ruhdur. Bizə hər şeyi seyr etdirən üstün elm sahibi Allah`dır. Ruhumuz daima beynimizdə yaranan görüntüləri izləyir. Allah bu şəkildə bizim üçün bir dünya həyatı yaradır və bizi imtahan edir.

Allah dünya olaraq anladığımız görüntüləri müəyyən bir hikmət və elmlə ruh dediyimiz varlığa izlətdirir. Allah bizə istədiyi görüntüləri göstərərkən, biz bilmədən həmin görüntülərə reaksiya veririk. Halbuki biz ruh və ruhun seyr etdiklərindən başqa bir dünyada deyilik.

Diqqət edin!

Bu mövzunu başa dümək üçün daha diqqətli düşünməlisiniz. Bizdən bir neçə metr uzaqlıqdakı divana baxanda onun orada olduğuna əmin oluruq. Yaxınlaşıb oturanda rahatlıqla qəzet oxuya biləcəyimizi bilirik. Bir də belə düşünün: Gözlərinizi bağlayın və eyni yerdə, eyni divanı xəyal edin. Bəlkə bir az bulanıq ola bilər, amma eyni divanı, eyni yerdə baxmadan görə bilirik. Bəs xəyal etdiyimiz divan haradadır? Bu suala hələlik “zehnimizdə” deyə cavab verək. Bu məqamı nəzərimizdə saxlayaq. Bu vəziyyətdə əvvəlcə gözlərimiz açıq ikən gördüyümüz divan harada yaranmışdır? Bir neçə metr qarşımızdadır, yoxsa o da zehnimizdədir? Təbii ki, o da zehnimizdə meydana gəlmişdir. Aradakı fərq isətoxunma və digər hissləri bədənimizdə hiss edəcək şəkildə xəyal edə bilməməyimizdir. Yəni xəyal etdiyimiz divanın sərtliyini, ya da yumşaqlığını hiss edə, parçasının və yaxud dərisinin qoxusunu anlaya bilmərik. Əgər bunu bacara bilsəydik, hansı görüntünün gerçək olduğuna qərar verə bilməzdik. Bəzən yuxuda yediyimiz bir almanın dadını, ağırlığını və ya qoxladığımız bir çiçəyin qoxusunu, yumşaqlığını hiss edirik ki, bu cür yuxular gerçəyindən fərqlənmir. Hətta bəzən yaşadığımız hadisələrdən daha dərin iz buraxır.

Buraya qədər oxuduqlarımızdan tam nəticə çıxara bilməyə hətta anlamaqda çətinlik çəkə bilərsiniz. Tələsməyin və bir az daha səbir edin. İndi yazılanların daha yaxşı dərk olunması üçün yaşadığımız hadisələrdən nümunələr verək.


Hipnoz həqiqəti

Hipnoz uzun illərdir bilinən və indiki dövrdə müasir tibbdə faydalanılan bir müalicə üsuludur. Hipnoz edilən xəstələr yuxu halında ikən özlərinə verilən əmrlərə riayət edirlər və həqiqətən yaşayırmış kimi reaksiya verirlər. Bu reaksiyanın şiddəti yaşanan hipnozun dərinliyinə görə dəyişir. Bəzən xəstələrə sağalacaqlarını söyləyəndə ağrıları dayanmış, bəzən də vurulan iynələrin ağrılarını hiss etməmişlər. Beləliklə, hipnoz altında yaşadıqları hadisələri həmin vəziyyətdə fiziki reaksiya göstərərək bəlli etmişlər. Müalicə üsulunun bizə göstərdiyi həqiqət nədir? Yuxarıda yazılanları düşünsək, rahatlıqla bu nəticəyə gələ bilərik: Zehnimizdə xəyal etdiklərimiz dünyada yaşadığımız, fiziki reaksiya verə biləcəyimiz hadisələr qədər şiddətli olsaydı, xəyalımızın indi yaşadığımız dünyadan bir fərqi olmayacaqdı. Bəzən bu təsvirlər bizim xəyal etməyimizə ehtiyac olmadan yuxuda, ya da hipnoz altında meydana gəlir. Mənbəyi nə olursa olsun, zehnimizdə meydana gələn hisslər fiziki reaksiyalar verəcək qədər şiddətli olanda dünyada gördüklərimizlə eyni səviyyədə, eyni bərabərlikdə olur.


Nəticə

Belə vəziyyətdə bu nəticəyə gəlirik. İstər duyğu orqanları, istər yuxu, istərsə də hipnoz ilə yaranan görüntülər və ya hisslər hər zaman eyni yolla meydana gəlir. Hamısı zehnimizdə yaranan görüntülərdir. Bu nə mənaya gəlir? Gerçəkliyindən əsla şübhə etmədiyimiz kainat əslində zehnimizdə yaranan görüntüdən ibarətdir. Görüntülərin məkanı olmadığına görə bütün həyatımız məkansızlıq içində davam edir. Bir proyeksiya maşınının üçölçülü bir film göstərməsi kimi zehnimizdə də hər zaman (özümüz də daxil olmaqla) üçölçülü bir görüntü yaranır. Filmdə oynayan aktyorlar özlərinin həqiqətən bir məkanın içində olduqlarını zənn edə bilərlər. Həmçinin filmdəki hadisələr də müəyyən məntiq qanunları çərçivəsində baş verə bilər. Amma bütün bunlar da eynilə zehnimizdə qavradığımız hisslər kimi məkansızlıqda meydana gələn üçölçülü görüntülərdir. Aradakı fərq isə filmi kənardan izlədiyimiz üçün onun bir görüntü olduğunu bilsək də, (ki bəzən bunu unudaraq filmin gerçək olduğunu düşünürük) zehnimizdə yaranan görüntülər, hadisələrin içində özümüzü görməyimiz və baş verənləri duyğu orqanlarımızla mütənasib şəkildə qavradığımız üçün hadisələrin gerçək olduğuna inanmağımızdır. Bu nümunədə nə demək istənildiyini anlamaq asandır, lakin bizim də içində olduğumuz üçölçülü görüntünün elektrik siqnallarından meydana gəldiyini qavramaq çətin ola bilər.

 

Belə vəziyyətdə bu sual ortaya çıxır. Madam ki, hər şey zehnimizdə yaranan hisslərdən ibarətdir və heç bir xüsusiyyət yaşadığımız hadisələrin əsl səbəbi deyil, elə isə dəmirə sərtliyini, suya qaldırma qüvvəsini, günəşə istiliyini verən və daha milyonlarla fizika qanununu meydana gətirən kimdir? Bu yeri, göyü və ikisi arasındakıları yaradan və yaratmağa davam edən Allah`ın yaratmasıdır. Əgər Allah yaratmağı dayandırarsa hər şey yox olub bitər. Bizləri, gördüklərimizi, etdiklərimizi, başımıza gələn və gələcək hər şeyi yaradan Allah qədərimizi də, axirətdəki vəziyyətimiz də yaradır. Əgər Allah yaratmasa (istəməsə) tək bir yarpaq belə tərpənməz, gəmilər suyun üstündə dura bilməz, quşlar göy üzündə uça bilməz və kölgələr yaranmazdı. Bura qədər oxuduğunuz həqiqətlər Quranın yüzlərlə ayəsində bildirilib. Allah bizim bu ayələr üzərində düşünərək yaradılış məqsədimizi qavramağımızı və Onun razı qalacağı şəkildə yaşamağımızı istəyir. Şübhəsiz, Onun bizə öyrətdiyindən başqa elmimiz yoxdur.

Ruhun varlığı nəyi sübut edir?

Ruhun varlığı yaradılışın sübutudur. Ruh və ruha aid xüsusiyyətlər təkamül nəzəriyyəsinin təsadüf iddiası ilə, ya da materialist fəlsəfənin “yaradılmış maddə” düşüncəsi ilə əsla izah oluna bilməz. Neyronlar və onları yaradan atomlar düşünə, qərar verə, fəlsəfi fikirlər söyləyə bilməzlər, sevgi, şəfqət hisslərini duymazlar. Tək gerçək varlıq olan uca Allah içində olan bütün canlılarla birlikdə kainatı yaratmış və hər an yaratmağa davam edir. İnsanı insan edən xüsusiyyət Allah`ın insana verdiyi ruhdur. Hər insan özü əvvəldən təyin edilmiş ölüm vaxtı gələndə ruhunu yenə Allah`a təslim edəcək və dünyadakı ömrü bitəcək. Ruh isə axirətdəki sonsuz həyatında varlığını davam etdirəcək.