ALLAH İNSANA ÖZ RUHUNDAN ÜFLƏYİB

Kaliforniya Universitetinin sinir və psixiatriya professoru Cefri Şvarts (Jeffrey M. Schwartz) qırmızı rəngin beyində necə qavrandığını, gözəl bir musiqinin bifşteks yeməyindən necə fərqli olaraq analiz olunduğunu və niyə dünyanın ən tanınmış laboratoriyalarının belə təhliletmə mexanizmi haqqında heç bir dəlil vermədiyini həll etməyə çalışdıqdan sonra bu əhəmiyyətli sualı vermişdir:

Niyə beyin mexanizmləri üzərində çalışmaq, hətta molekulyar səviyyədə araşdırmalar aparmaq bu sualların cavabını heç bir şəkildə ortaya qoymur? (Jeffrey M. Schwartz, Sharon Begley, The Mind and The Brain "Neuroplasticity and the Power of Mental Force", Regan Books, 2003, s. 26-27)

Bu sualın cavabı belədir: Çünki təhliletmə mexanizminin cavabı beyində deyil. Bu mexanizm ilə əlaqəli sualların cavablarını insan hüceyrələrini araşdıraraq, neyronları tədqiq edərək, molekulyar səviyyədə müşahidələr apararaq əldə etmək mümkün deyil. Çünki insana xarici dünyanı hərtərəfli hiss etdirən şey insan bədəninin içində deyil. O beyindən, neyronlardan, hüceyrələrdən, elektrik siqnallarından tamamilə fərqli bir şeydir. Bu uca Allah`ın insana bəxş etdiyi ruhdur.Allah bir ayəsində belə bildirir:

"Sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necədə az şüküredirsiniz!" (“Səcdə” surəsi, 9)

Qavrayanın ruh olduğunu, maddə ilə əlaqəli olmadığını anlamayan insanların etdikləri bir səhv var. Onlar gördükləri görüntülərin beyin də bir ekran da mövcud olması kimi bir ehtimal ilə qarşılaşırlar. Halbuki insanın beynin də xarici dünyanın təsvir olun duğu bir ekranın mövcud olduğunu düşünən də o ekranı izləyən kiçik bir insanın da mövcud olduğunu qəbul etməliyik. Beynin dəki ekranı izləyən kiçik bir insan olmalı və qanunauyğunluq bu şəkildə davam etməlidir. Lakin insanın beynin də bir ekran və oradan hadisələri izləyən kiçik insan yoxdur. İnsanın beyni qapqaranlıq və səssizdir. Orada zülalların əmələ gətirdiyi neyronlardan və irəli-geri hərəkət edən elektrik siqnalların dan başqa birşey yoxdur. Həmin elektrik siqnallarının bir ət parçasının içində bir çiçəyi görməsi, onu iyləməsi, ona toxunması, ondan zövqalması, uzaqda hərəkət edən gəminin görməsi, çiyələyin dadından zövq alması qeyri-mümkündür.Bir orkestrın ifa etdiyi simfoniyanı böyük bir həzzlə uzun-uzun dinləməsi mümkün deyil. İnsana bu qədər hərəkətli, coşğulu, rəngarəng, dopdolu, üç ölçülü və möhtəşəm keyfiyyətdə bir dünyanı yaradanın elektrik siqnalları olmadığı göz önündədir. Bu dünyada insanın sevinib kədərlənməsini, həyəcanlanıb narahat olmasını, xatırlayıb sevinməsini, darıxmasını təmin edən, şübhəsizki, elektrik siqnalları deyil.Dünyanın ən məhşur professorları biraraya gəlsələr belə, Cefri Şvartsın da bildirdiyi kimi, beynin heç bir yerin də təhliletmə mexanizmi tapa bilməyəcəklər.

Beynin içindəki görüntünü “görürəm” deyən, beynin içindəki səsləri “eşidirəm” deyən, öz varlığının şüurunda olan, düşünmə qabiliyyətli varlıq Allah`ın insana verdiyi ruhdur. Materialist düşüncələrin ortaya çıxmasından ən çox çəkindikləri həqiqət budur. Ruh gözə ehtiyac olmadan görür, əllərə ehtiyac olmadan toxunur, qulağa ehtiyac olmadan eşidir, buruna ehtiyac olmadan qoxulayır və ağıza ehtiyac olmadan dad alır. Alimlərin illərdən bəri cavab tapmağa çalışdıqları “görən kimdir?” sualının yeganə cavabı ruhdur. Allah insanın ruhuna fasiləsiz şəkildə görüntüləri seyr etdirir, bu dünyada və ya yuxuda daimi olaraq o insana aid bir dünya yaradır. O dünyanın içində hər şey mükəmməl, qüsursuz şəkildədir. Belə ki, qarşımızdakı belə keyfiyyətli görüntünün, dərinlik hissininsadəcə bir xəyaldan ibarət olduğunu, əsl xarici dünya ilə heç bir əlaqəsinin olmadığını dərk etməyimiz olduqca çətindir. Bu istədiyi anda bir neçə kvadrat santimetrlik məkan içərisində sonsuz aləmləri yarada bilən uca Allah`ın qüsursuz, bənzərsiz, möhtəşəm yaratmasıdır.

"O, Xaliq, yoxdan Yaradan, Surətverən Allah’dır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir." (“Həşr” surəsi, 24)

Allah dilədiyi üçün beynimizdə qüsursuz bir görüntü yaranır, Allah dilədiyi üçün qoxular mövcuddur, Allah dilədiyi üçün gözəl bir musiqini qüsursuzca dinləyir və bundan zövq alırıq. Yenə Allah dilədiyi üçün toxunaraq tanıyır, anlayır və hiss edirik. Allah dilədiyi üçün yediyimiz yeməyin bir ləzzəti var. Allah`ın əmri ilə insanın zehnində yoxdan bir dünya var olur. Rəbbimiz heç yoxdan insanın öz zehnində yanlız ona aid olan, yalnız onun görüb tanıya bildiyi bir aləm yaradır. Bu dünya xaricdəki dünya deyil. İnsanın xarici dünya ilə əlaqə qurması qeyri-mümkündür. İnsan yalnız Rəbbimizin özü üçün yaratdığı dünyada yaşaya bilər, onu izləyib seyr edə bilər. Bunun xaricinə çıxması mümkün deyil. Allah bir ayəsində belə buyurur:

Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”.
(“İsra” surəsi, 85)